AZ

İran vitse-prezidenti hadisə yerinə yollandı

İranın vitse-prezidenti Möhsün Mənsuri Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı əraziyə yollanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi məlumat verib.

"İcra işləri üzrə vitse-prezident hökumətin bəzi üzvləri ilə birlikdə Təbrizə yollanıb", - deyə hökumət sözçüsü X şəbəkəsində yazıb.

Bundan əlavə, İranın səhiyyə nazirinin də hadisə yerinə getməsi barədə məlumat yayılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
milli.az

10Mənbələr