AZ

Xamenei MTŞ-nin təcili iclasını çağırdı? - YENİLƏNİB

20:06

"Tehran Tayms" Əli Xameneinin İran Təhlükəsizlik Şurasının təcili iclasını çağırdığı haqda öz məlumatını təkzib edib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğrayıb. Xilasedicilər hadisə yerini tapa bilmirlər.

-------
19:22

İran lideri Ayətullah Əli Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.

Olaylar.az report.az-a istinadən xəbər verir ki, bu barədə TASS "Tehran Times" qəzetinə istinadən məlumat yayıb.

Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
27
olaylar.az

10Mənbələr