AZ

Xiladedicilər Rəisinin helikopterinin qəza enişi etdiyi yerə yaxınlaşır

Xilasedicilər İran prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi yerə yaxınlaşıblar.

 

Modern.az xəbər verir ki, bu barədə TASNİM agentliyi məlumat yayıb.

 

Məlumata görə, qrup yarım saat ərzində helikopterə yaxınlaşacaq. Helikopterdə olanların vəziyyəti ilə bağlı hələlik məlumat verilmir.

 

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib ki, axtarış-xilasetmə üçün ordu, ordu korpusu və polis komandanlığının bütün vasitə, texnika və imkanlarından istifadə edilməlidir.

 

Qeyd edək ki, İran prezidentinin helikopteri Şərqi Azərbaycan vilayətinin Ərsbaran bölgəsinin Uzi kəndi yaxınlığında sərt eniş edib. Hava platformasında prezidentlə yanaşı, xarici işlər naziri Hüseyn Əmirabdollahian və Təbrizin imamı Ayətullah Məhəmməd Əli Əl-e-Haşem də olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
42
modern.az

10Mənbələr