AZ

“Kolorado”: 5-ci əzmkar qələbə!

Srağagün Dallasdakı “Amerikan Eyrlayns-sentr”də Qərb konfransının yarımfinal seriyasının 5-ci oyunu keçirildi.

“Football-plus.az” xəbər verir ki, “Kolorado”ya 3:5 uduzan “Dallas” rəqibin seriyada fərqi minimuma endirməsinə şərait yaratdı. Qonaqlar həm 0:1-dən, həm də 1:2-dən sonra oyunun axarını dəyişməklə əzmkar qələbə qazandılar. Bu, “Kolorado”nun cari pley-offdakı 5-ci əzmkar qələbəsidi. Bir pley-offda bu qədər əzmkar qələbə klub tarixinin 3-cü göstəricisinin təkrarlanmasıdı. “Evelanş” 1999-cu ildə də 5 dəfə geridönüş edə bilib. “Kolorado” çempion olduğu 2022-ci ildə bu göstəricidə rekord müəyyənləşdirib – 10 əzmkar qələbə! Komanda Stenli kubokunu qazandığı 1996-cı ildə isə 8 belə qələbə ilə yadda qalıb.

Şərq konfransında isə finalçılardan biri müəyyənləşdi. “Karolina” ilə seriyanı 4:2 öndə bitirən “Reyncers” finalda “Florida” – “Boston” cütünün qalibi ilə qarşılaşacaq. Maraqlıdı ki, Nyu-York təmsilçisi son 9 ildə müntəzəm çempionatda hamıdan çox xal toplayan və Stenli kubokunun yarımfinalına çıxa bilən ilk komanda oldu. 2015-də də məhz “Reyncers” bunu bacarmışdı.
16 may
Dallas – Kolorado 3:5 (1:1, 1:1, 1:3)
Seriyada hesab – 3:2.
17 may
Karolina – Reyncers 3:5 (1:0, 2:1, 0:4)
Seriyada hesab – 2:4.
Vankuver – Edmonton 3:2 (1:2, 1:0, 1:0)
Seriyada hesab – 3:2.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
football-plus.az

1Mənbələr