AZ

İngiltərə Premyer Liqası: "Mançester Siti" ardıcıl dördüncü dəfə çempion olub

"Mançester Siti" klubu ardıcıl dördüncü dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

"Report" xəbər verir ki, "şəhərlilər" "dumanlı albion"da sonuncu - XXXVIII turda "Vest-Hem"ə qalib (3:1) gələrək xalllarının sayını 91-ə çatdırıb.

Onların ən yaxın izləyicisi 89 xalla "Arsenal", 82 xalla "Liverpul" olub.

Qeyd edək ki, "Mançester Siti" Premyer Liqada ardıcıl dördüncü dəfə çempion olan ilk komanda kimi tarixə düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
6
report.az

7Mənbələr