AZ

"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı

İngiltərə Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulub.
 
Moderator.az  xəbər verir ki, doğma meydanda "Vest Hem"ə 3:1 hesabı ilə qalib gələn "Mançester Siti" (91 xal) ən yaxın izləyicisi "Arsenal"ı (89 xal) qabaqlayaraq çempionluğunu bayram edib. "Topçular" doğma meydanda "Everton"a 2:1 hesabı ilə qalib gəlsələr də, yekunda bu qələbə çempionluq üçün kifayət etməyib.
 
Günün digər oyunlarında "Mançester Yunayted" "Brayton"u, "Liverpul" "Vulverhempton"u 2:0, "Çelsi" isə "Bornemut"u 2:1 hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasında 9-cu qələbəsinə sevinib. "Arsenal" isə sonuncu dəfə 2003/04 mövsümündə çempion olmuşdu.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
moderator.az

2Mənbələr