AZ

"Helikopter və içindəkilər tapılmazsa, İrandakı hakim qüvvələr idarəetməylə bağlı təcili qərarlar verəcək"

"İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı 1 saat ərzində bir-birinə zidd ən azı 5 komplo teorisi ilə tanış oldum. Helikopter yaxın saatlarda tapılmasa teorilərin sayı artacaq. Türkiyə kanallarındakı müzakirələrdə isə israrla İsrailin adı çəkilir. Halbuki, İran tərəfi qəzanı “hava şəraiti” ilə əlaqələndirir, ancaq vaxt keçdikcə versiyasını dəyişdirə də bilər. Videodan helikopterin içi ilə bağlı qəzadan əvvəlki görüntüləri izlədim. Rusiyadan alınma helikopterə bənzəyirdi. Rusiya istehsalı olan helikopterlərin aşağı keyfiyyəti bəllidir, il ərzində qəzaların sayı-hesabı yoxdur.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

"Axşama qədər helikopter və içindəkilər tapılmazsa, İrandakı hakim qüvvələr idarəetməylə bağlı təcili qərarlar verəcək. İranın Təhlükəsizlik Şurasının fövqəladə iclası davam edir. Nəzarət SEPAH-dadır..." - o qeyd edib.

Tarix: 19 May 2024, 21:31   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
pravda.az

2Mənbələr