AZ

Ərdoğandan Rəisi ilə bağlı açıqlama: "Hər cür dəstəyə hazırıq"

Prezident Ərdoğan sosial media hesabından ran prezidentinin helikopter qəzasına uğraması ilə bağlı açıqlama verib.

Sitat.info xəbər verir ki, o, bu sözləri qeyd edib: "İran prezidenti, qardaşım cənab İbrahim Rəisi və heyətinin helikopter qəzası keçirməsi bizi dərindən kədərləndirdi. Türkiyə Cümhuriyyəti olaraq baş verənləri izləyirik. Hadisə ilə bağlı İran rəsmiləri ilə yaxından təmasda və koordinasiyadayıq. Lazımi dəstəyi verməyə hazırıq. Cənab Prezidentdən və onun nümayəndə heyətindən ən qısa zamanda xoş xəbər almağı diləyirik”.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada da,  İranda helikopter qəzası ilə bağlı hadisənin kədərlə izləndiyi bildirilib.

Bəyanatda İran rəsmilərinin, o cümlədən prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın sağ-salamat tapılmaları arzu edilib: “Qardaş İran xalqına keçmiş olsun deyirik. Axtarış-xilasetmə işlərində hər cür dəstəyin göstərilməsi üçün tədbirlər görmüşük”.

Nərgiz,

Sitat.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
sitat.info

1Mənbələr