AZ

1918-ci ildə qurulan Azərbaycan...

1918-ci il doğma yurdumuz Azərbaycan çox önəmli günlər keçirirdi. 1918-ci illərdə Qafqazda vəziyyət çox kritik idi.1918-ci il 10 fevral tarixində Qafqazda Zaqafqaziya Seymi yaradılmışdır.1918-ci il 23 fevral tarixində Seymin ilk iclası keçirilmişdi.

Zaqafqaziya Seyminin sonuncu iclası 1918-ci il mayın 26-da baş tutacaqdı. Bu o iclas idi ki, Zaqafqaziya seyminin sonlanmasına səbəb olacaqdı. Bu Seymin axırıncı iclası olacaqdı.İclas zalında böyük sükut çökmüşdü.Nəhayət İ.Q.Sereteli Seymin ləğv olunduğunu bildirdi və beləliklə Gürcüstan 1918-ci il 26 aprel öz müstəqilliyini açıqladı. Daha sonra Seymin ləğv olunmasından 2 gün sonra yəni 1918-ci il mayın 28-də 2 dövlət Azərbaycan və Ermənistan öz müstə qilliyini açıqladı...
 
1918-ci il Şərqdə ilk və yeni bir tarix doğdu bu "Azərbaycan Xalq Cümhuriyyəti" (AXC) idi. Şərqdə qadınlara ilk seçim hüququ verən dövlət Azərbaycan idi. Bu şərqdə ilklərə imza atan Azərbaycan idi. Mayın 27-də Seymin Müsəlman qrupunun üzvləri Seymin sonundan sonra ayrıcailk iclasını keçirmişdilər.Sonda onlar Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər və Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti
yarandı.Bu iclasda Milli Şuranın sədri seçildi.Sədr Məhəmməd Əmin Rəsulzadə idi. Həsən bəy Ağayev və Mir Hidayət Seyidov isə sədr, Rəsulzadənin müavinləri seçildi. Fətəli Xan Xoyski isə Milli Şuranın icra orqanının sədri seçildi. İcra orqanında Məmməd Həsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik Aslanov, Camo bəy Hacinski, Əkbər ağa Şeyxülislamov, Xosrov Paşa bəy Sultanov var idi.

Artıq demək olar ki, hökümət tərkibi məlum olmuşdu:

Camo bəy Hacınski- Dövlət nəzarəti naziri
 
Yeni yaranmış dövlətin başçısı Fətəli Xan Xoyski 1918-ci il mayın 30-da bir neçə dövlətin xarici işlər nazirinə radioqram göndərək Azərbaycanın müstəqilliyinin elan olunduğunu bəyan etmişdir. Bu radioqram İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Oslo, Kopanhangen, Tokioya göndərilmişdi.Bu radioqramda AXC-nin paytaxtı Gəncə ola raq göstərilmişdi.

1918-ci il iyunun 17-də Hökümətdə vəziyyət ağırlaşmışdı.S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qrupu çar Rusiyasının köməyi ilə silahlanıb Bakıdan Gəncəyə doğru irəlləyirdi.1918-ci il iyunun 19-da Azərbaycan Xalq Cümhuriyyətində hərbi vəziyyət elan olunmuşdu.1918-ci il iyunun 21-də qırmızı parça üzərində aypara və
səkkizgüşəli ulduz təsvir olunmuş bayraq Azərbaycan Xalq Cümhurhiyyətinin rəmzi seçilmişdi

İlk dəfə eskizinə uyğun bayrağı tikən insan Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Ümmülbanu Rəsulzadə olmuşdur. Fətəli Xan Xoyski özünün dediyinə görə ulduzun güşələrinin sayının 1918-ci ildə köhnə əlifba ilə yazılmış Azərbaycan sözünü bildirib. Bəzi fikirlərə görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqilər və türkmənlərin)  ulduzun 8 guşəsində mövcuddur.
 
Süleyman Süleymanov,

Zəkalar liseyinin Vl sinif şagirdi

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
10
mia.az

10Mənbələr