AZ

İranın vitse-prezidenti qəza ilə bağlı bəzi detalları açıqladı –"Helikopterlər arasında əlaqə kəsilib"

İranın vitse-prezident Möhsün Mənsuri prezidentin helikopteri və onun nümayəndə heyətinin düşdüyü qəza ilə bağlı bəzi məqamları açıqlayıb. 

Azpost.info İRNA-ya istinadən bildirir ki, Mənsurinin sözlərinə görə, Prezident bu gün səhər “Qız Qalası” su bəndiinin açılışı üçün Şərqi Azərbaycanda olub. Azərbaycan Prezidentinin iştirakı ilə əlaqədar proqramlar saat 13:00-a qədər davam edib.

Bundan sonra Rəisi  Təbrizə yol alıb. Burada onu aparan helikopter qəzaya uğrayıb. Helikopetrdə xarici işlər naziri, Təbrizin imam cüməsi və Şərqi Azərbaycan valisi olub.  Bu marşrutda üç helikopterin olduğunu qeyd edən Mənsuri prezidentin olduğu helikopterlə digər iki helikopter arasında əlaqənin kəsildiyini bildirib.

Vitse-prezident deyib: “Helikopterin sərnişinlərindən biri və uçuş heyəti ilə əlaqə yaradılıb.  Dərhal hadisə yerinə Qızıl Aypara, ordu və SEPAH-ın yardım dəstələri gəliblər. 2 kilometrə qədər radiusda insident zonası müəyyən ediblər. Təəssüf ki, hava şəraiti ilə əlaqədar iş ləng gedir. Digər tərəfdən soyuq hava və yağış işləri çətinləşdirib. Yaxşı xəbərlər görəcəyimizə ümid edirik”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
417
50
azpost.info

10Mənbələr