AZ

Səkkiz yaşlı qız meşədə öldürülmüş halda tapılıb

...Bu dəfə Rostov vilayətində səkkiz yaşlı qızı öldürən şəxs tutulub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dindirilmə zamanı o, günahını etiraf edib.

Kişi avtomobillə Olqinskaya kəndindən keçdiyini və orada tanımadığı bir uşaq gördüyünü söyləyib.

O, qızı evə aparmağı təklif edib.

...Maşına mindi, onu boş əraziyə aparıb və... öldürüb.

Məhkəmə həmin şəxsi həbs edib. Tezliklə ittiham olunacaq. Qeyd edilir ki, qatilin 25 yaşı var, o, Aksai rayonunun Dorojnı kəndində yaşayır.

Xatırladaq ki, uşağın meyiti mayın 17-də meşə zolağında şiddətli ölüm izləri ilə tapılıb.

Müstəntiqlər cinayət işi açıblar.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
sia.az

1Mənbələr