AZ

Cəlilabadda iki nəfər bıçaqlandı, saxlanılan var

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Cəlilabad rayonunun Alar kəndi ərazisində həmin kəndin sakinləri, 2006-cı il təvəllüdlü İ.Nağıyev və bir nəfər yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 2005-ci il təvəllüdlü R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
12
publika.az

10Mənbələr