AZ

Dövlət Departamenti Rusiyanın ABŞ-dakı aktivlərini Ukraynanın xeyrinə müsadirə etmək istəyir

“Konqres bizə Rusiyanın ABŞ-dakı aktivlərini ələ keçirmək səlahiyyəti verib və biz bundan istifadə etmək niyyətindəyik. Biz G7 tərəfdaşları ilə işləyirik ki, Rusiyanın dondurulmuş suveren aktivləri Putinin (Rusiya prezidenti Vladimir Putin – red.) Ukraynada vurmaqda davam etdiyi zərərin aradan qaldırılması üçün istifadə olunsun”.

“İki sahil” xəbər verir ki, ​bu barədə ABŞ Dövlət Departamentinin X sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Qeyd edilib ki, Avropa İttifaqının Ukraynanı qorumaq və yenidən qurmaq üçün yalnız faiz gəlirlərini deyil, Rusiya dövlətinin dondurulmuş 300 milyard avroluq aktivlərini mənimsəmək və istifadə etmək üçün BMT-nin hüquq normalarında nəzərdə tutulan əks tədbirlər alətindən istifadə etməlidir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
ikisahil.az

1Mənbələr