AZ

Bakıda dava edən qonşuları ayıran qadına görün nə etdilər

Bakının Sabunçu rayonunda iki qonşunun davası bir qadının ağır xəsarətinə səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Sözügedən qəsəbədə küçədə iki qonşu qadın əlbəyaxa olublar.

Həmin vaxt onların qonşusu 1978-ci il təvəllüdlü Əliyeva Rübabə Teyyub qızı onları sakitləşdirmək istəyib.

Tərəflər arasında davanın qarşısını almaq istəyən R.Əliyeva boğaz nahiyyəsindən bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
13
milli.az

10Mənbələr