AZ

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır

"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır".
 
Bunu Qırmızı Aypara Cəmiyyətinin Baş katibi Yaqub Süleymani bildirib.
 
Cəmiyyətin fövqəladə halların idarəedilməsi qərargahına gələn Süleymani qeyd edib ki, qəza zonasına 15 çevik xilasetmə qrupu göndərilib. Beş operativ qrup isə Aerokosmik Təşkilatın təqdim etdiyi koordinatlara yaxınlaşıb.
 
"Bizdə prezidentin olduğu helikopterdən iki nəfərin zəng vurduğu barədə məlumatlar var, bunlar araşdırılır", - Süleymani bildirib.(oxu.az)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
5
moderator.az

5Mənbələr