AZ

Azərbaycanda anemiyadan əziyyət çəkənlərin sayı ARTIR 

Azərbaycanda anemiyadan əziyyət çəkən kifayət qədər insan var. 2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 56 124 nəfər anemiya xəstəsi qeydə alınıb. Statistika Komitəsinin məlumatına görə, ötən ilin sonunda tibb müəssisələrində qeydiyyatda olan anemiya xəstələrinin sayı isə 46 806 nəfər olub.

 

Modern.az-ın məlumatına görə, həkim -terapevt Adil Qeybulla deyir ki, anemiya qan xəstəlikləri arasında ən çox rast gəlinənidir.

 

Hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Tibbi araşdırmalara görə, qadınlar kişilərə nisbətən daha çox anemiyadan əziyyət çəkirlər. Xəstəlik ya qan itkisindən, yaxud da qanda eritrositlərin parçalanması problemlərindən yarana bilir. Hazırda ən çox müşahidə edilən dəmir çatışmazlığı ilə bağlı olan anemiyadır.

 

Adil Qeybulla Azərbaycanda Talassemiya Mərkəzinin olduğuna diqqət çəkərək qeyd edib ki, talassemiya daşıyıcılarına evlənərkən xəbərdarlıq olunmalıdır. Mümkün qədər hamilələliyin nəzarətə götürülməsi, talassemiyalı xəstələrin doğulmasının qarşısının alınması bu gün bir strategiyadır.

 

O bildirib ki, bu xəstəliklə bağlı statistika illərdir azalmaq əvəzinə artır.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
4
modern.az

5Mənbələr