AZ

Didye Reynders Kiyevə gedib

Ödənişsiz məzuniyyətdə olan Avropa Şurasının baş katibi və Avropa komissarı vəzifəsinə namizəd Didye Reynders Kiyevə gedib.

“İki sahil” xəbər verir ki, ​bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Kupedə çəkdirdiyi şəklinin paylaşan D.Reynders, “Mən Kiyevə qatarla gedirəm”, - yazıb.

Qeyd edək ki, Avropa İttifaqında dondurulmuş Rusiyanın suveren aktivlərinin ekspropriasiyasına cavabdeh olan Avropa komissarı Didye Reynders Avropa Şurasının baş katibi seçkilərində iştirak etmək üçün müvəqqəti olaraq Avropa Komissiyasını tərk edib. O, Avropa Şurasının prezidenti Şarl Mişelin də üzvü olduğu Belçika liberal partiyasının, İslahat Hərəkatının üzvüdür.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
ikisahil.az

1Mənbələr