AZ

Maks Ferstappendən 5-ci qələbə

“Formula-1” üzrə dünya çempionatıında 7-ci mərhələ keçirilib.

Bizim.Media  xəbər verir ki, İtaliyada təşkil olunan Emiliya-Romanya Qran-prisində Maks Ferstappen qalib gəlib.

“Red Bull” pilotu 63 dövrəlik yarışı 1-ci pillədə başa vurub. Niderlandlı sürücü Lando Norris (“Maklaren”) və Şarl Lekleri (“Ferrari”) arxada qoyub. Maks kiçik fərqlə Norrisi qabaqlayıb.

Ferstappen mövsümdə 5-ci qələbəsini qazanıb. Hesabında 161 xal olan sürücünü Lekler (113 xal) və komanda yoldaşı Serxio Peres (107 xal) izləyir.

Emiliya-Romanya Qran-prisi

1. Maks Ferstappen (“Red Bull”) — 63 dövrə.

2. Lando Norris (“Maklaren”) +0.725

3. Şarl Lekler (“Ferrari”) +7.916

4. Oskar Piasti (“Maklaren”) +14.132

5. Karlos Sayns (“Ferrari”) +22.325

6. Lyuis Hemilton (“Mersedes”) +35.104

7. Corc Rassell (“Mersedes”) +47.154

8. Serxio Peres (“Red Bull”) +54.776

9. Lens Stroll (“Aston Martin”) +1:19.556

10. Yuki Tsunoda (“RB”) +1 dövrə

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
2
bizim.media

3Mənbələr