AZ

Qalib xalq, qalib dövlət

Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 30 il erməni işğalı altında saxlanılan torpaqlarımızı işğaldan azad etməklə Azərbaycanın yeni tarixini yazdı. Cəmi 44 gün ərzində 27 sentyabr – 10 noyabr Azərbaycan tarixinin şanlı səhifəsi oldu. Xalq Prezidentini tarix yazan Sərkərdə adlandırdı. 44 gün ərzində Ali Baş Komandanın qətiyyətli iradəsi, düşünülmüş əmrləri ilə uğurlu hərbi əməliyyatlar aparıldı, onun rəhbərliyi ilə Xalq-Dövlət-Ordu birliyi tarixi qələbə qazandı. Bu qələbəni biz şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına qazandıq.

44 günlük Vətən müharibəsində Azərbaycan həm döyüş meydanında, həm də xalqın Prezidentin ətrafında sıx birləşərək onun siyasətini dəstəkləməsi sayəsində möhtəşəm qələbə qazandı. Bu qələbənin həlledici amili Azərbaycanın yeni tarixinin müəllifi məhz Cənab İlham Əliyev oldu. Azərbaycanın yeni tarixi eyni zamanda güclü Ordumuzun və əskərlərimizin igidliyi ilə əldə edildi. Azərbaycanın bu zəfəri xalqla dövlətin sarsılmaz birliyi, “Dəmir yumruq”tək birləşməsi sayəsində qazandı. Ali Baş Komandanın rəhbərlik etdiyi Ordumuz  qısa müddət ərzində 30 il erməni işğalı altında saxlanılan torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandıraraq bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Bu qələbə Azərbaycan qarşısında yeni üfüqlər açdı.    

Artıq erməni tapdağından azad olunmuş ərazilərimizdə o torpaqların əsl sahibləri olan Azərbaycanlılar yenidən məskunlaşmağa başlayır, Cıdır düzündə Azərbaycan xanəndələrinin, xalq musiqiçilərinin musiqiləri, nəğmələri səsləndirilir. Şəhidlərimizin ruhu şaddır, hər birimiz artıq bu dünyada başı dik gəzirik.  Qalib xalqın, qalib ölkənin vətəndaşı olmaq necədə gözəl hissdir. Bu hissləri bizlərə yaşatdıqları üçün Ali Baş Komandanımız İlham Əliyevə, qazilərimizə təşəkkür edirik, şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Səbinə Əliyeva,
YAP Xətai rayon təşkilatının "Mehmandarov 86" ünvanə üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
ikisahil.az

1Mənbələr