AZ

Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb - video

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb.

Bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında deyib.

“Helikopterin qalıqları tapıldı, biz helikopterə doğru irəliləyirik. Hava şəraiti yaxşı deyil”, deyə, o bildirib.

İran mediası artıq qəzaya uğramış helikopterin qalıqlarının ilk fotolarını yayıb.

“Reuters” agentliyi adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb.

 

 

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
buta.media

10Mənbələr