AZ

"Sabah" Türkiyədə 4-cü oldu -"Junior Worl Cup"

Türkiyənin Antalya şəhərində keçirilən "Junior Worl Cup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-15 komandası turnirdə çıxışını başa vurub.

Sportinfo.az xəbər verir ki, təmsilçisimiz qrup mərhələsində Almaniya çempionu "Herta"ya (Berlin, 0:6) məğlub olub, Türkiyənin "Başakşehir Kartal" (2:0) və Rusiyanın "Kosmos Moskva" (6:1) komandalarına qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

1/4 finalda Almaniyanın "Speyer 09" komandasına qalib gələn (1:0) "Sabah" yarımfinala adlayıb. U-15 bu mərhələdə Argentina çempionu "River Pleyt"ə uduzub (1:3).

Elvin Həsənovun baş məşqçisi olduğu komanda 3-cü yer uğrunda matçda CAR-ın "Kuoh Foundation Academy" komandasına məğlub olub (0:1).

"Sabah" 16 komandanın yarışdığı beynəlxalq turniri 4-cü pillədə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
11
sportinfo.az

10Mənbələr