AZ

İran səfirliyində bayraqlar yarıya endirildi — FOTO

İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxsləri daşıyan helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.

Qəza zamanı helikopterin bütün sərnişinləri həlak olub. Demokrat.az-ın məlumatına görə, qəzadan sonra İranın Azərbaycandakı səfirliyinin qarşısında bayraqlar yarıya endirilib.

Qeyd edək ki, bir çox ölkədə rəsmi şəxslər həlak olan zaman bayraqlar yarıya endirilir, matəm elan olunur.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
49
demokrat.az

10Mənbələr