AZ

Gürcüstanda baş nazirin qatıldığı tədbirdə tələbələr döyüldü

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin İvane Cavaxişvili adına Tbilisi Universitetindəki ənənəvi şənbə mühazirəsi gərginliyə səbəb olub.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, baş nazirə etiraz edən tələbələr universitet binasının düz qarşısında onun tərəfdarları tərəfindən hücuma məruz qalıb.

Baş nazir heç bir şərh vermədən universiteti tərk edib.

Hüquq-müdafiə təşkilatları tələbələrə hücum zamanı polisin hərəkətsizliyi ilə bağlı prokurorluğa müraciət ediblər. Onlar prokurorluğu bu məsələni araşdırmağa, universitet rəhbərliyini isə öz səlahiyyətləri daxilində tələbələri və onların dinc toplaşmaq hüquqlarını qorumağa çağırıblar.

Gənc Hüquqşünaslar Assosiasiyası polisi fəaliyyətsizlikdə ittiham edib və bunu hücum edənlərdən heç birinin saxlanılmaması ilə əsaslandırıb. Nəzərə çatdırılıb ki, son günlər tələbə fəallar və onların ailə üzvləri telefonla təhdidlərə, qorxudulmaya məruz qalıblar.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
konkret.az

1Mənbələr