AZ

Gürcüstan parlamentinin spikeri avropalı siyasətçiləri ikiüzlülükdə ittiham edib

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bəzi avropalı siyasətçilərin “xarici təsir” qanunu ilə bağlı mövqeyini ikiüzlülük hesab edir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, spiker bu barədə mətbuata açıqlamasında bildirib. O, bəzi siyasətçilərin "xarici təsisin şəffaflığı haqqında" qanun layihəsini öz ölkələrinə rəva gördüklərini, lakin Gürcüstanda qəbul edilməsinə qarşı çıxdıqlarını bildirib. Papuaşvili Aİ-nin özünün də xarici təsirin şəffaflığı ilə bağlı vahid direktiv hazırladığını xatırladıb.

“Ursula fon der Leyen Avropa Komissiyasının prezidentidir və Avropa İttifaqında (Aİ) xarici təsirin şəffaflığı məsələləri ilə bağlı vahid direktiv Avropa Komissiyasının təşəbbüsüdür. Gürcüstana qarşı bu bir qədər ikiüzlü mövqe Avropa İttifaqında direktivin hazırlanması ilə özünü büruzə verir. Fransa, İngiltərə və Amerika da bu məsələ ilə məşğul olurlar və bir çox ölkələr oxşar tədbirləri görürlər. Siz bizim ətrafımızdakı prosesləri görürsünüz. Zərərli təsirlərdən qorunmaq və Gürcüstanda təhlükəsiz mühitin saxlanılması üçün istənilən xarici təsir gürcü xalqına aydın olmalıdır”, - Papuaşvili deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
6
apa.az

7Mənbələr