AZ

Sabirabadda 3 ay əvvəl itkin düşən şəxsin meyiti kanalda tapılıb

Sabirabadda 3 ay əvvəl itkin tüşən şəxsin meyiti kanalda aşkar edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu ilin fevral ayında itkin düşən Sabirabad rayon sakini, 63 yaşlı Afət Abbasovun meyiti rayon ərazisindən keçən kanalda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
10
apa.az

10Mənbələr