AZ

“Qarabağ”ın daha 4 potensial rəqibi BƏLLİ OLDU  

Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha 4 potensial rəqibi müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi “Dinamo” (Batumi, Gürcüstan), “Struqa” (Şimali Makedoniya), “Differdanj” (Lüksembuq) və “Deçiç”lə (Monteneqro) qarşılaşa bilər.

Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk), Sloveniyanın “Selye”, Maltanın “Hamrun”, Şimali İrlandiyanın “Larne” və Andorranın “UE Santa Koloma” klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi.

Adıçəkilən komandaların püşkatma zamanı səpələnməmişlərdə olacağı dəqiqləşib.

“Qarabağ”la yanaşı, daha 12 komandanın – “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), HİK (Finlandiya), “Flora” (Estoniya), “Styaua” (Rumıniya), “Klaksvik” (Farer adaları), “Şemrok Rovers” (İrlandiya), “Linkoln” (Cəbəllütariq), TNS-in (Uels), RFŞ (Latviya) və “Petrokub”un (Moldova) püşkatma zamanı səpələnmişlərdə qərarlaşacağı bilinir. “Ballkani”nin (Kosovo) səbəti isə qeyri-müəyyəndir.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
50
bizim.media

10Mənbələr