AZ

Premyer Liqa klubu “Real”ın keçmiş baş məşqçisi ilə razılığa gəlib

İspaniyalı mütəxəssis Xulen Lopeteqi tezliklə İngiltərənin “Vest Hem” komandasının baş məşqçisi ola bilər.



Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Tərəflər danışıqlar aparıb və əməkdaşlıq barədə razılığa gəliblər.



Lopeteqinin “Vest Hem”in baş məşqçisi kimi təyinatı bu həftənin sonuna qədər rəsmən açıqlanacaq. O, “sükan arxasında” 2019-cu ildən komandaya rəhbərlik edən Devid Moyesi əvəz edəcək.



Lopeteqinin son klubu “Vulverhempton” olub. O, bundan əvvəl “Real”, “Sevilya” və İspaniya millisində çalışıb.



“Vest Hem” Premyer Liqanın turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərvest hem Xulen Lopeteqi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
komanda.az

1Mənbələr