AZ

Bu iddia ilə razılaşmadı - "Neftçi"nin yarımmüdafiıçisi

"Neftçi"nin yarımmüdafiıçisi Filip Ozobiç Premyer Liqanın 35-ci turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra QOL.az saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, matçla bağlı fikirlərini bölüşüb:

“Düşünürəm, bu qələbəyə layiq idik və “Səbail”dən daha yaxşı oynadıq. Əvvəlcə çox pressinq etmək istəmirdik, sonra isə pressinq etməyə başladıq.

Amma düşünmürəm ki, qola qədər rəqib bizdən yaxşı oynayırdı. Bizim də çoxlu şanslarımız olurdu.

Sadəcə, yararlana bilmədik. Bu qələbə bizim üçün çox vacib idi.

Son turdaki “Sabah”la oyuna yaxşı hazırlaşıb qalib gəlmək istəyirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
sportinfo.az

1Mənbələr