AZ

Ölkədə cinayət törədən qadınların sayı məlum olub

Bakı. Trend:

2023‐cü il ərzində qeydə alınmış cinayət hadisələri üzrə 24287zərərçəkmiş şəxsin 7134‐ü qadın olub.

Trend-inməlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrəMəlumatında qeyd edilib.

Zərərçəkmiş qadınlardan 2996‐ı xəsarət alıb, 296‐sı isə ölüb.Müqayisə üçün bildirilir ki, 2022‐ci ildə 25449 zərərçəkmiş şəxsin7455‐i qadın olub. Zərərçəkmiş qadınlardan 2945‐i xəsarət alıb,309‐u ölüb. 2023‐cü il ərzində məişət zorakılığı ilə bağlı başvermiş cinayət hadisələri üzrə 1513 (2022‐ci ildə ‐1475)zərərçəkmiş şəxsdən 1224‐ü (2022‐ci ildə ‐ 1196) qadın olub,onlardan 1173‐ü (2022‐ci ildə ‐ 1132‐i) xəsarət alıb. Məişətzorakılığı ilə bağlı ölən qadınların sayı 49 (2022‐ci ildə ‐ 51)olub, onlardan 47‐i qəsdən adam öldürmə (CM‐in 120‐ 122‐cimaddələri nəzərdə tutulur) cinayətinin, 1‐i özünü öldürmə həddinəçatdırılma, 1‐i isə qəsdən sağlamlığa ağır zərər vurma cinayətininqurbanı olub.

2023‐cü ildə 25006 cinayət törətmiş şəxs müəyyən edilib,onlardan 1299‐u qadın olub. 2022‐ci ildə isə 24432 cinayət törətmişşəxsdən 1227‐i qadın olub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
az.trend.az

10Mənbələr