AZ

RƏŞADƏT ORUCOV XANKƏNDİNİN PROKURORU OLDU

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib.

Baş prokurorluğun Mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir şəhər prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz rayon prokurorluğun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi. 

Qubadlı rayonunda anadan olan Rəşad Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 4 May 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğu yaradılıb.

Uğurlar olsun!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
49
tezadlar.az

10Mənbələr