AZ

Məhkəmə-Hüquq Şurasına “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik hüququ verildi

“Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik dəyişəcək.

E-huquq.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına ötürüləcək.

Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqlarının Məhkəmə-Hüquq Şurasına ötürülməsi tam başa çatanadək həmin informasiya sisteminin sahibi və operatoru funksiyalarının icrasından irəli gələn hüquq və vəzifələrin həyata keçirilməsini davam etdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
4
e-huquq.az

6Mənbələr