EN

"Təəssüf ki, şagirdlərin sadəcə 10 faizi öz istəyi ilə peşə məktəbini seçir" - TƏHSİL EKSPERTİ FİKİR BİLDİRDİ

"1990-cı illərdə digər sahələrdə olduğu kimi peşə məktəblərinin də maddi-texniki bazası dağıldı. Onların yataqxanaları və tədris binaları təyinatı üzrə istifadə olunmadı. Bir müddət boşluq oldu və peşə məktəbləri yox səviyyəsinə düşdü. Hətta ölkədə peşə məktəblərinin var olduğu bilinməməyə başladı. Ona görə də vətəndaşlar arasında olan bu boşluğu doldurmaq demək olar ki, mümkün deyil. Sanki peşə məktəblərinin perspektivi itirilib. Bu günün özündə belə rayonlarda olan peşə məktəblərinin ya bir otaqlı binası, ya da 2-3 əməkdaşı var. Yəni onlar fəaliyyət göstərmir deyə peşə məktəblərinə maraq azdır". Bu sözləri SİA-ya danışan təhsil eksperti Cahid İmanlı deyib.

Ekspert vurğulayıb ki, adətən yaxşı oxumayan uşaqları peşə məktəblərinə yönləndirirlər: "Bir müddət peşə məktəbləri orta məktəbi yaxşı oxumayan və ya attestat ala bilməyən şagirdlər üçün vasitəyə çevrildi. Yəni 9-cu sinifə qədər qiymətləri pis olan və dərsə marağı olmayan şagirdlər direktorlar tərəfindən məktəbdən uzaqlaşdırılır və yaxud da peşə məktəblərinə yönləndirilirdilər. Daha doğrusu, onlar da attestat almaq üçün məcburən peşə məktəblərinə yönəlirdilər. Əslində onların məqsədi peşəyə yiyələnmək yox, məhz attestat almaq idi".

Cahid İmanlı qeyd edib ki, peşə məktəbləri cəmiyyəti mütəxəssis yetişdirdiyinə dair inandırmalıdır: "Bu olmadığına görə valideynlər övladlarını peşə məktəblərinə yönləndirmək istəmirlər. Lakin son zamanlarda Elm və Təhsil Nazirliyi çox ciddi cəhdlə çalışır ki, peşə məktəblərinə marağı artırsın. Həmçinin, peşə məktəblərinin maddi-texniki bazası gücləndirilir və müəyyən dairələrdə onlara maraq təmin edilir. Əlbəttə ki, bütün bunlar müsbət hallardır. Həmçinin, artıq paytaxtda yerləşən peşə məktəblərinə marağın yavaş-yavaş artdığı görünür. Amma bu maraq da hələ tam təmin edilməyib. Peşə məktəblərinə müraciət edənlərin sadəcə 10 faizi peşə istədiyi üçün həmin sahəni seçirlər. Amma digərləri universitetlər və kolleclərə daxil olmadıqları üçün axırıncı variantda peşə məktəblərinə yönəlirlər. Bunun da hamısının kökündə peşə məktəblərininin özünü doğrultmaması dayanır”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
25
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22583
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14285
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11253
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
10997
Helikopterin qalıqları tapılıb
8192
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7818
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6782
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6630
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5042
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4036
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
3766
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3604
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3463
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2730
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2032
Azərbaycan nefti ucuzlaşdı
1563
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
1375
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1318
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1311