EN

"31 mart soyqırımı kədərli hadisə olmaqla yanaşı, əzəmətimizin nümayişidir" - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"31 mart azərbaycanlıların soyqırımı günü unudulmaz bir tarixdir. Bu, həm də erməni faşistlərinin vəhşiliyinin nümunəsidir. Martın 30-dan keçən dörd gün ərzində ermənilər Bakıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda və Naxçıvanda azərbaycanlılara qarşı əsl soyqırım aktı həyata keçirmişdir. Nəticədə 50 minə yaxın insan qətlə yetirilmiş, şikəst edilmişdir. Bu, tarixdə analoqu olmayan bir soyqırım aktıdır. Sözsüz ki, bu soyqırımın törədilməsi Azərbaycan xalqının tarixinə kədərli bir hadisə kimi yazılmaqla yanaşı, həm də qürurumuzu, əzəmətimizi nümayiş etdirir. Çünki yaddaşlara həkk olunan bu hadisələr, törədilən soyqırımlar cavabsız qalmayıb. Azərbaycan xalqı düşmənə öz layiq olduğu yeri göstərib, şəhidlərimizin intiqamını alıb və soyqırım yaralarına məlhəm qoyub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Deputat vurğulayıb ki, bu soyqırımın ilk siyasi-hüquqi qiymətini Ulu Öndər Heydər Əliyev verib: "1998-ci il martın 26-da azərbaycanlıların soyqırımı haqqında mühüm bir fərman imzalayıb. Bu fərmanın imzalanması törədilən vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün önəmli bir vasitə olub. Ulu Öndərin tapşırıqları ilə sonrakı dövrlərdə də bir sıra vacib tədbirlər həyata keçirilib. Bu tədbirlərin mayasında erməni vəhşiliyini açıb göstərmək, onların hansı xislətə malik olduğunu dünyaya bəyan etmək və geniş şəkildə təbliğat aparmaq məqsədi daşıyır".

T.Rzayev bildirib ki, sonrakı dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il yanvarın 18-də 31 mart soyqırımının yüzilliyi haqqında imzaladığı sərəncam bu tədbirlərin genişlənməsinə vüsət vermiş və soyqırım aktı bir çox ölkələrdə özünün əyani nümayişini tapmışdır: "Qubada soyqırım şəhidlərinin şərəfinə ucaldılan Memorial Kompleksi, eləcə də digər şəhər və rayonlarımızda bu hadisə ilə bağlı görülən tədbirlər dünya ictimaiyyətinə səsimizi duyurmaq üçün zəmin yaradıb. Xalqımıza qarşı törədilən bu soyqırım aktı heç vaxt unudulmayacaq. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki onlara qarşı törədilən cinayətlərin cavabı verilib. Azərbaycan xalqı uzun illər erməni təcavüzkarları tərəfindən məğlubiyyətə uğradılmanın acısını ürəyində daşıyıb. Bugünkü gündə torpaqlarımızın azğın düşməndən azad olunması, suverenliyimizin tam təmin olunması, 44 günlük müharibədə, 23 saatlıq antiterror tədbirlərində əldə olunan parlaq qələbələr göstərir ki, heç vaxt Vətən uğrunda şəhid olan həmvətənlərimizin qanı yerdə qalmayacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev, onun Ali Baş Komandanlığı altında müzəffər ordumuz və xalqımız öz şücaəti ilə bir daha sübut etdi. Bu gün də Azərbaycan Ordusu düşmənə qarşı qələbə qazanmaq üçün tam səfərbər vəziyyətdədir. Çünki başımıza gətirilən bəlalar, törədilən soyqırımlar bizim üçün ibrət dərsidir. Bu dərsdən nəticə çıxarır, tarixi araşdırır, daim gündəmdə saxlayırıq. Bu da qəlbimizdə xalqımıza inam və düşmənə nifrət hissini artırır. Allah şəhidlərimizə rəhmət eləsin!".

Ləman Sərraf

Chosen
71
Sources
Comment ()
Close

Rating

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25381
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16570
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13806
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
13756
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11256
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10317
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10153
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9919
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9165
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7014
Səidə Sultan klipi üçün lüt soyundu
6818
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6107
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5862
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5465
Talıb Tale evlənir
5086
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
4942
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4446
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4118
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4066