EN

Vaşinqton və Brüssel Ermənistanı qurtarmaq istəyirsə Paşinyana Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çağırmalıdır

ABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevlə telefon söhbətində dövlət başçısını inandırmağa çalışıb ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüş Azərbaycan əleyhinə deyil.

Blinken görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini bildirib. Əgər Blinkenin söylədiyi kimidirsə, yəni mövzu təhlükəsizlik təminatı deyil iqtisadi dəstək olacaqsa, bu halda Vaşinqton Brüssellə birgə Ermənistanı Rusiyanın iqtisadi asılığından qurtarmaq istəyir. Paşinyanın da tələbi elə budur ki, Ermənistanın Rusiyadan ipləri qoparması üçün Vaşinqton və Brüssel İrəvana maliyyə dəstəyi verməlidir. Ancaq bunun reallaşması mexanimzi necə olacaq? Ermənistana bir neçə milyard dollar və ya avro ayıra bilərlər. Ancaq bu Ermənistanın iqtisadi problemlərinin həlli demək olmayacaq. Rusiya Ermənistana qaz nəqlini kəsərsə, ABŞ və Avropa İttifaqı bu problemi necə həll edəcək? Və ya Avropa öz bazarlarını Ermənistanın kənd təsərrüfatı məhsullarına açmağa hazırdırmı? Çətin. Ermənistan məhsullarının əsas hissəsi Rusiya bazarlarında satılır. Vaşinqton və Brüssel Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarmaq istəyirlərsə Paşinyana Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çağırmalıdır. Digər alternativlər Ermənistanı xilas etməyəcək.

Elxan Şahinoğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
259
3
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44259
Abdullahianın cəsədi tapıldı - FOTO
32593
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
26940
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24769
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20143
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17780
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15154
Helikopterin qalıqları tapılıb
11769
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8166
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8000
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6968
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6920
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5918
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5364
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4923
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965