AZ

Ermənistanın böyük fəlakətlə üzləşdiyini görəcəyik - ŞƏRH

Bakı. Trend:

ABŞ kimi dövlətin dövlət katibinin Prezident İlham Əliyevə zəngetməsi birmənalı şəkildə dövlət başçısının qlobal müstəvidənüfuzunun göstəricisidir.

Bunu Trend-ə MilliMəclisin deputatı Mahir Abbaszadə deyib.

O bildirib ki, ABŞ və Qərb də anlamaqdadır ki, Cənubi Qafqazdaistənilən bir hadisənin baş verməsi Azərbaycanın mövqeyindən,Prezident İlham Əliyevin bu proseslərə münasibətindən asılıdır.

“Ona görə hesab edirəm ki, ABŞ kimi dövlətin dövlət katibininzənginin Azərbaycanın beynəlxalq mövqeyinin nə dərəcədə ciddiolduğunu göstərir.

Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycan 5 aprelAİ-ABŞ-Ermənistan görüşü ilə bağlı öz mövqeyini nümayiş etdirib.Təbii ki, Azərbaycan bu görüşün qəti əleyhinədir. Azərbaycan bilirki, bu görüş Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə səbəbolacaq”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda sülh vəsabitliyin bərpa olunması ilə bağlı mövqeyini ortayaqoymaqdadır.

“Baxmayaraq ki, Ermənistan uzun müddət Rusiyanın regiondaforpostu olub, Ermənistanın indiki hakimiyyəti bu gün həm Qərblə,həm ABŞ ilə ciddi münasibətlərdədir. Ermənistannın birdən birəsiyasətində dəyişiklik edərək yeni qucaq axtarması, bölgəyəAvropanın və digər hərbi strukturların hərbi birləşmələrinigətirməyə çalışması regionda gərginliyin daha da artmasına səbəbolacaq.

Rusiya Ukrayna ilə münasibətlərdə uzun müddət səbr göstərdi,amma sonra müharibə qaçılmaz oldu və bu gün o müharibənin vurduğuacı ziyanlardan həm Ukrayna, həm Rusiya böyük iqtisadi, siyasi,hərbi çətinliklər içərisindədir. Ermənistanın da son dövrlərdəatdığı addımlar, konkret olaraq aprelin 5-də keçiriləcək üçtərəfligörüş və görüşdən əldə olunacaq razılıqlar son nəticədəErmənistanın özünü də çox çıxılmaz vəziyyətə qoyacaq, CənubiQafqazda hərbi riskləri artıracaq çünki Rusiya bu məsələyə seyircimövqeyi nümayiş etdirməyəcək. Hesab edirəm ki, belə olan halda bizErmənistanın Ukrayna və Suriyadakı kimi böyük fəlakətlə üzləşdiyinigörəcəyik”, - deyə deputat əlavə edib.

Məqalədə:
Seçilən
84
50
Mənbələr
Şərh ()
Bağla