EN

Baydenin ultimatumundan sonra İsrail güzəştə gedir

İsrailin hərbi-siyasi rəhbərliyi Qəzza zolağına humanitar yardımın əhəmiyyətli dərəcədə artırılmasını təsdiqləyib. İsrail hökumətinin bu yaxınlarda qəti şəkildə etiraz etdiyi Aşdod dəniz limanı və Erez sərhəd terminalı vasitəsilə malların çatdırılmasına icazə verilməsi qərara alınıb.AzVision.az İsrail mediasının yaydığı məlumata istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclası Benyamin Netanyahunun ABŞ prezidenti Co Baydenlə telefon danışığından qısa müddət sonra keçirilib. Həmin danışıqda Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması tələbini qoyan Co Bayden ABŞ-nin İsrailə gələcək dəstəyinin bundan asılı olduğunu açıq şəkildə bildirib.

İsrailin Nazirlər Kabinetinin bəyanatında deyilir ki, güzəştlər “döyüş əməliyyatlarının davam etdirilməsi və müharibə məqsədlərinə nail olunmasının təminatı üçün zəruridir”. Aşdod dəniz limanı və Erez keçid məntəqəsinin açılmasına icazə, həmçinin İordaniyanın yardımının Kerem Şalom keçid məntəqəsi vasitəsilə birbaşa daşınmasına razılıq “müvəqqəti tədbir” adlandırılıb.

Bundan əlavə, Baş nazir Benyamin Netanyahu, Müdafiə naziri Yoav Qalan və nazir Benni Qantsa “Qəzza zolağında mülki şəxslərə humanitar yardımı artırmaq üçün çevik addımlar atmaq” səlahiyyəti verilib.

Hökumətin qərarını “yanlış” adlandıran Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir girovların qaytarılmasının yeganə yolunun Qəzzaya humanitar yardımın dayandırılması olduğunu deyərək, “Rəfaha indi daxil olun” çağırışını edib.

Xarici İşlər naziri İsrael Kats isə Aşdod limanının açılmasına qarşı çıxıb. Onun sözlərinə görə, bu, Qəzzanın təminatında məsuliyyətin son nəticədə İsrailə həvalə olunmasına gətirib çıxaracaq.

Ağ Ev, öz növbəsində Təl-Əvivin qərarını alqışlayıb.

“Prezident Baydenin Baş nazir Netanyahu ilə söhbəti zamanı xahişindən sonra İsrail hökumətinin elan etdiyi addımları alqışlayırıq. Atılan addımlar tam və sürətlə həyata keçirilməlidir. Prezident Bayden bildirib ki, ABŞ-nin Qəzza zolağına dair siyasəti İsrailin hərəkətlərinin qiymətləndirilməsi ilə müəyyən ediləcək”, - Ağ Evin bəyanarında deyilir.

ABŞ-nin dövlət katibi Antoni Blinken də İsrailin dəstəyinin Qəzza ilə bağlı humanitar addımlardan asılı olacağını deyib. Aprelin 4-də axşam saatlarında Brüsseldə keçirdiyi mətbuat konfransında o, müharibə üsullarında ciddi dəyişikliklər etməyənə qədər İsrailin Amerikanın dəstəyini almayacağını bildirib.

Yaranmış vəziyyəti şərh edən keçmiş ABŞ prezidenti və bu il prezidentliyə namizəd Donald Tramp isə deyib ki, “ictimai rəy uğrunda müharibəni tamamilə uduzmuş” İsrail hərbi əməliyyatları dayandırsa yaxşıdır.

Sahil İsgəndərov
AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
157
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17446
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12526
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9991
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4152
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3755
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3189
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3007
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2601
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2230
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2104
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1572
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1093
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1014
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
970
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
962
Mayın ilk gününün havası açıqlanıb
877
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777