AZ

ABŞ və İsrail arasında razılaşma: Artıq hərbi əməliyyatlar...

ABŞ və İsrail arasında Rəfah ətrafındakı vəziyyətlə bağlı danışıqlar aprelin 1-də baş tuta bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

"Əvvəllər ləğv edilmiş danışıqların bazar ertəsinə təxirə salınması təklifi İsrail nümayəndə heyətindən gəlib. Amma son tarix hələ təsdiqlənməyib. İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenin xahişi ilə İsrailin strateji məsələlər üzrə naziri Ron Dermer və nümayəndə heyətini Rəfahda gözlənilən hərbi əməliyyatla bağlı məsələləri müzakirə etmək üçün Vaşinqtona göndərəcək", - məlumatda bildirilib.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
177
50
Mənbələr
Şərh ()
Bağla