EN

Yevgeni Mixaylov: "Fransanın dünyada bir çox terror aktlarında əli var" - RUSİYADAN MÜSAHİBƏ

Aprelin 12-də Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransalı diplomata Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejurnenin Rusiya ilə bağlı verdiyi açıqlamaların qəbuledilməz olduğu bildirilib.

Bir neçə gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronu və digər Qərb liderlərini "Crocus City Hall"dakı qanlı terror aktının sponsorları olmaları ilə bağlı açıq şəkildə ittiham edib.

Aydındır ki, Fransa ilə Rusiya arasında münasibətlər, xüsusən də terror aktında əli olması ilə bağlı ciddi ittihamlar fonunda getdikcə pisləşir. Bunu Oxu.Az-la söhbətində rusiyalı politoloq, Cənubi Qafqaz Ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru, "Jurnalist araşdırmaları" "YouTube" kanalının aparıcısı Yevgeni Mixaylov da təsdiqləyib.

- Rusiya Təhlükəsizlik Şurasındakı ikinci şəxs Dmitri Medvedevin bəyanatlarına lazımi diqqət göstərilməlidir. Əgər o, Fransanın "Crocus City Hall"dakı terror aktında əli olduğunu deyibsə, deməli, əlimizdə bunu təsdiqləyən bütün məlumatlar var. Dmitri Medvedev rəsmi simadır, fərziyyələr irəli sürə bilməz. Əgər o bəyan edibsə, deməli, belədir ki, var. Rusiya Təhlükəsizlik Şurası çox ciddi orqandır, orada oturan insanlar bu və ya digər dövlətlərin hərəkətləri haqqında tam məlumata malikdirlər.

İndi Rusiya ilə Fransa arasında münasibətlər getdikcə pisləşir, biz diplomatik münasibətlərin mümkün qırılması ərəfəsindəyik. Fransa səfiri artıq Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Paris diplomatik qarşıdurmadan çıxış yollarını təklif etməlidir; bu baş verməsə, daha sərt qərarlar veriləcək. Fransa bizim geosiyasi düşmənimizdir, bu, göz qabağındadır. Həmçinin Paris Azərbaycan üçün də eyni şəkildə düşməndir.

Hazırda bir çox resurslarından məhrum olmuş Fransanın nüvə enerjisi ilə bağlı problemləri ortaya çıxıb, həmçinin bir sıra başqa sahələrdə də çətinlikləri mövcuddur. Paris Rusiyanın zəiflədilməsi üçün müxtəlif cəbhələrdə səylər göstərir.
Düşünürəm ki, biz Fransanın cinayət ("Crocus City Hall"dakı terror aktı - red.) ortağı elan edilməsinin sondan bir əvvəlki mərhələsindəyik.

- Sirr deyil ki, Fransa erməni terrorizmini, xüsusən də ASALA kimi terror təşkilatını dəstəkləyir. Parislə İŞİD arasında əlaqələrin olduğuna dair məlumatlar da var. Ayrıca qeyd etmək yerinə düşərdi ki, Fransada Qarabağ erməniləri Ukraynadakı əməliyyatlara göndərilmək üçün hazırlanır...

- ... xatırlamaq lazımdır ki, ASALA terrorçuları erməni diasporunun çox sıx məskunlaşdığı və Fransanın siyasi isteblişmentinə güclü təsiri olan Fransada türk diplomatlarına hücum ediblər. Fransanın bütün dünyada bir çox terror aktlarında əli var. Fransızlar Fransanın Afrikadakı siyasəti ilə razılaşmayan Afrika dövlətlərinin liderlərini öldürüblər. Fransızlar güclü olduqları vaxtlarda, ümumiyyətlə, heç nə haqqında düşünmürdülər, tamamilə qanunsuz işlərlə məşğul olurdular.

ASALA ilə bağlı məsələyə qayıdıram və qeyd edirəm ki, zənnimcə, hazırda bu strukturdan bir neçə insan qalıb. Amma bu o demək deyil ki, fransızlar başqa erməni terror qruplaşmaları yaratmağa və ya dəstəkləməyə başlamayacaqlar. Biz bilirik ki, "qaçqın" adlandırılan Qarabağın erməni sakinləri arasında fəal iş aparılır. Məlumatlar var ki, Fransanın özündə onları Ukrayna cəbhəsinə göndərilmək üçün hazırlayırlar.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
311
2
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12761
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9674
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8815
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2621
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2266
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2035
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1891
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1727
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1318
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1230
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
815
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
573
Arda Gülər dayanmır, yenə fərqləndi -
524
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
514
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
474
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
446
Arda dubl etdi - VİDEO
424
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
424