AZ

Azərbaycan hər zaman Fransanın qərəzli, terrora dəstək siyasətindən əziyyət çəkib - Deputat

Bakı. Trend:

Fransa tarixdə müstəmləkəçi, terrora dəstək verən ölkə kimidüşüb. Fransanın terrora dəstək verməsi ilə bağlı kifayət qədərfaktlar mövcuddur. Rusiya Təhlükəsizlik Şurasının rəhbərininmüavini D.Medvedevin bəyan etdiyi kimi Moskvadakı terror aktının daarxasında Fransa və Makron durur.

Bunu Trend-ə MilliMəclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan hər zaman Fransanın qərəzli, terroradəstək siyasətindən əziyyət çəkib.

“Fransanın erməni terroruna dəstəyi heç kimə sirr deyil.Azərbaycan xalqı, ümumilikdə türk dünyası Fransanın terroradəstəyindən böyük əziyyət çəkib. Fransa ermənilərin daim sərbəsthərəkət etdikləri bir ölkə olub və Fransa uzun illərdir ki,ermənilərin terror qruplaşmalarını maliyyələşdirir. "Orli qrupu"adlanan terror təşkilatı 1981-ci ildə məhz Fransada yaşayan ermənigəncləri tərəfindən yaradılıb və təşkilat 1987-ci ilədək dünyanınmüxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib,bir çox millətlərin nümayəndələrini qətlə yetiriblər.

Bundan əlavə "Erməni azadlıq hərəkatı" da (AOD) 1991-ci ildəFransada yaradılıb və terror fəaliyyətini ASALA ilə sıx əlaqədəhəyata keçirir. Eyni zamanda ASALA terror təşkilatının üzvlərininəsas sığınacaq yeri də məhz Fransa olub”, - deyə deputatvurğulayıb.

O qeyd edib ki, Fransa bu gün Qarabağ ermənilərindən ibarətlegion hazırlayır və onları Ukrayna cəbhəsinə göndərməyəçalışır.

“Bu terrorçuların gələcəkdə Azərbaycana qarşı da istifadəolunacağı istisna deyil. Fransa xüsusi xidmət orqanları tərəfindənAzərbaycan əsilli iş adamlarına məxsus Krokus konsert zalında buterrorun törədilməsi də Fransanın terror siyasətinin davamıdır. Buterror aktının məhz Azərbaycan əsilli iş adamına məxsus məkandatörədilməsi də təsadüfi deyildi. Fransa bu yolla iki çirkinməqsədinə nail olmağa çalışıb. Beləki, həm Azərbaycan və Rusiyaarasında əlaqələri zədələmək, həm də Rusiyada dini və etnik zəmindənifaq yaratmaq istəyirdi.

Göründüyü kimi, Fransa öz terrorçuluq siyasətindən əl çəkməkniyyətində deyil. Bu addımları ilə riyakar və ikiüzlü bir dövlətolduğunu göstərir”, - deyə deputat əlavə edib.

Seçilən
175
50
Mənbələr
Şərh ()
Bağla