EN

“Tagesschau”: “Şoltç Ukrayna ilə bağlı Çinlə danışıqlarda uğur qazana bilmədi”

Almaniya kansleri Olaf Şolç Çin prezidenti Si Cinpini İsveçrədəki konfransda iştirak etməyə razı sala bilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə cümə axşamı, aprelin 18-də “Tagesschau” portal yazıb.

“Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə necə nail olmaq mümkündür? Kansler Şolç Pekinə elə buna görə gəlib. O, Çinin dövlət başçısı Si Cinpinlə bu barədə çox danışıb. Kanslerə çox da xoş olmayan rəftar nümayiş edilib. Ən pozitiv məqam bu olub ki, onun gəlişi yaza, yəni təbiətin canlanmasına dövrünə düşüb. Amma bu, danışıqlara müsbət təsir göstərməyib”, – deyə portal qeyd edir.

Məqalədə vurğulanır ki, danışıqlar sürətli nəticə verməsə də, “təməl daşı” qoyulub və gələcək müzakirələr asanlaşdırılıb.

Qeyd edək ki, alman politoloqlar öz şərhlərində qeyd ediblər ki, Almaniya kansleri milli iqtisadiyyatdakı problemlər və öz reytinqlərinin aşağı düşməsi fonunda Pekinə uçub.

Xatırladaq ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq bildirmişdi ki, Pekin Moskva və Kiyevi sülh danışıqları üçün lazım olan şəraitlə təmin etməyə hazırdır. O, həmçinin vurğulayıb ki, Qərbin davamlı olaraq silah tədarükü eskalasiya riskini artırır.

Yeri gəlmişkən, Çinin xarici işlər naziri Vanq Yi rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra bir daha bəyan etdi ki, münaqişənin həlli zamanı bütün tərəflərin narahatlığını rasional nəzərə almaq və davamlı siyasi yol axtarmaq lazımdır. Bu yol münaqişələrin həm ilkin şərtlərini, həm də əsas səbəblərini aradan qaldıran həll variant olmalıdır. Xüsusilə, Çin həm Rusiya, həm də Ukraynanın razılaşacağı beynəlxalq konfransın çağırılmasını dəstəkləyir.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukrayna üzrə sülh konfransının keçirilməsi planlaşdırılır. Hazırda İsveçrə rəhbərliyi Rusiyanı sammitə dəvət edib-etməmək barədə fikirləşir. Bloomberg yazır ki əsas məsələ Çinin sammitdə iştirakıdır.

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski aprelin 10-da Rusiya ilə İsveçrədə keçiriləcək konfransda təsdiqlənəcək “sülh planı”nı müzakirə etməyə hazır olduğunu açıqlayıb. O aydınlaşdırıb ki, bu sənəd vasitəçilərin köməyilə Moskvaya ötürüləcək. Ukrayna liderinin fikrincə, Rusiyanın sammitdə iştirakı lazım deyil. Öz növbəsində Kreml rəsmisi Dmitri Peskov vurğulayıb ki, Rusiyanın iştirakı olmadan Ukrayna münaqişəsi ilə bağlı danışıqlar mənasızdır, lakin Moskva qarşılıqlı fəaliyyətə açıqdır.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
19
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23565
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13085
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10034
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5671
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5504
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Helikopter qəzası ilə bağlı yeni xəbər
4770
Rəisi öldü, Pakistanda matəm elan edildi
4079
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3725
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3641
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3438
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3367
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3044
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
2842
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2743
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2663
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2514