AZ

Zelenski Şoltsla Ukraynadakı hərbi və humanitar vəziyyəti MÜZAKİRƏ EDİB

Almaniya kansleri Olaf Şolts və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt jurnalistlərə açıqlamasında məlumat verib.

“Almaniya kansleri bu gün Ukrayna Prezidenti Zelenski ilə telefon danışığı aparıb. Ukraynadakı hərbi və humanitar vəziyyəti müzakirə edib. Kansler və Ukrayna Prezidenti ölkədə sülhə nail olmaq üçün iyunun 15-16-da İsveçrədə keçirilməsi nəzərdə tutulan sammitlə bağlı fikir mübadiləsi aparıblar.
Kansler konfransda öz iştirakını təsdiqləyib və Almaniyanın bu görüşü fəal dəstəklədiyini vurğulayıb”, - deyə almaniyalı nümayəndə qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
5
bizim.media

10Mənbələr