EN

COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb. SİA Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla bildirir ki, görüş zamanı Azərbaycan və Çexiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Ötən il Azərbaycan və Çexiya arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdıran Ceyhun Bayramov, bu illər ərzində ölkələrimiz arasında inkişaf edən yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlər və təmasların ikitərəfli, o cümlədən çoxtərəfli platformalarda birgə fəaliyyətə töhfə verdiyini bildirib.

İki ölkə arasında siyasi, iqtisadi, ticari, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, humanitar və digər sahələr üzrə strateji tərəfdaşlığın məmnunluq doğurduğu, bununla belə əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensial və imkanlardan istifadə olunmasının zəruriliyi qeyd edilib.

Görüşdə, eyni zamanda, ölkəmizin COP29-a sədrliyi barədə ətraflı məlumat verilib, habelə iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Alternativ enerji sahəsində ölkəmizin prioritetləri, Avropa ölkələri ilə əməkdaşlıq planları diqqətə çatdırılıb, Çexiya ilə də əməkdaşlıq imkanlarının olduğu bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə regiondakı cari vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa, yenidənqurma və minatəmizləmə işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Çex şirkətlərinin bərpa-quruculuq işlərində iştirakı üçün geniş potensial və maraq diqqətə çatdırılıb.

Regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində tarixi şəraitin mövcud olduğu, habelə ölkəmiz tərəfindən hazırkı imkanların dəyərləndirilməsi istiqamətində davamlı səylərin göstərildiyi bildirilib. Bu çərçivədə, delimitasiya komissiyasında əldə olunmuş razılığa əsasən Ermənistanın işğalı altında olan 4 kəndimizin qaytarılmasının əhəmiyyətli addım olduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
1
Sources
Comment ()
Close

Rating

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7644
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5161
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4892
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4681
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4448
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3677
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2963
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2712
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2688
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2626
Sabah 20 dərəcə isti olacaq
2599
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2260
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2190
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2069
Röyanın biabırçı videosu yayıldı
2069
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2020
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1732
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1691
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1586
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1581