EN

“Ayağıma geydiyim corabı unudub, yarım saat axtarırdım” - Alişan xəstəliyindən danışdı

Türkiyəli müğənni Alişan yaddaşını itirdiyini bildirib.

Lent.az-ın xəbərinə görə, müğənni uzun müddətdir unutqanlıqdan əziyyət çəkdiyini bildirib.

“Ən yaxın dostlarımın adını unudurdum, corabı ayağıma geyindikdən sonra yarım saat corab axtarırdım, proqrama çıxırdım, deyəcəyim sözlər ağlıma gəlmirdi. Ciddi  narahatlıq yaşayırdım. Beynimi yoxlatdırdım. Psixiatrım dedi ki, qardaşımı itirdikdən sonra o faciəni, acını doğru-dürüst yaşaya bilmədiyim üçün bu hala qalmışam. Basdırılmış duyğularımız özünü bədənimizdə fərqli xəstəliklər şəklində üzə vurur”,- deyə o bildirib.

Qeyd edək ki, Alişanın böyük qardaşı  2021-ci ildə vəfat edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
1
Sources
Comment ()
Close