AZ

“Ayağıma geyindiyim corabı unudub, yarım saat axtarırdım”

Türkiyəli müğənni Alişan yaddaşını itirdiyini bildirib.

Milli.Az bildirir ki, lent.az-ın xəbərinə görə, müğənni uzun müddətdir unutqanlıqdan əziyyət çəkdiyini bildirib.

"Ən yaxın dostlarımın adını unudurdum, corabı ayağıma geyindikdən sonra yarım saat corab axtarırdım, proqrama çıxırdım, deyəcəyim sözlər ağlıma gəlmirdi. Ciddi  narahatlıq yaşayırdım. Beynimi yoxlatdırdım. Psixiatrım dedi ki, qardaşımı itirdikdən sonra o faciəni, acını doğru-dürüst yaşaya bilmədiyim üçün bu hala qalmışam. Basdırılmış duyğularımız özünü bədənimizdə fərqli xəstəliklər şəklində üzə vurur",- deyə o bildirib.

Qeyd edək ki, Alişanın böyük qardaşı  2021-ci ildə vəfat edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla