EN

Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək

Aprelin 28-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dosenti, trombon ifaçısı, bəstəkar, aranjimançı və “Big Band”ın rəhbəri Markus Qayzelhart (Geiselhart) öz nəzəri bilik və təcrübəsini bölüşmək üçün yerli musiqiçilərlə bir araya gələcək.
 
Moderator.az xəbər verir ki, “Jıdır Jazz” komandası ilə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi və nazirliyin dəstəyi ilə keçirilən tədbir “Beynəlxalq Caz Günü” çərçivəsində Azərbaycanın caz sferasında "Big Band" caz orkestri, improvizasiya və aranjiman kimi fəaliyyət istiqamətlərinə yönəlib.
 
Əslən Almaniyadan olan və 2006-cı ildən etibarən Vyana şəhərində fəaliyyətini davam etdirən musiqiçi bir çox məşhur sənətçilərlə birlikdə böyük layihələr reallaşdırıb. O, hazırda "mdw Big Band", "Don Ellis Tribute Orchestra", "Markus Gieselhart Orchestra" kimi böyük caz orkestrlərinə rəhbərlik edir.
 
Zəngin caz tarixinə malik Azərbaycan musiqisində Tofiq Quliyev, Tofiq Əhmədov, Rauf Hacıyev, Rafiq Babayev və Vaqif Mustafazadə kimi musiqiçilərin yaratdıqları məktəb və ənənələrə söykənərək, bu gün Azərbaycanda yeni "Big Band" caz orkestri ənənəsinin canlandırılması üçün imkanlar açılır.
 
Tədbir peşəkar və həvəskar musiqiçilərin, müəllimlərin, müxtəlif incəsənət sahələrinin və musiqi həvəskarlarının maraq dairəsini əhatə edir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
4
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38352
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24247
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19201
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14876
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14271
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11624
Helikopterin qalıqları tapılıb
11140
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7814
Abdullahianın cəsədi tapıldı - FOTO
7469
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6496
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5707
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5449
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4782
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4340
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3411
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3300
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2384