AZ

Bakıda "Big Band Workshop" adlı ustad dərsləri keçiriləcək

28 aprel saat 12:00-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dosenti, trombon ifaçısı, bəstəkar, aranjimançı və Big Band rəhbəri Markus Qayzelhart (Geiselhart) öz nəzəri bilik və təcrübəsini bölüşmək üçün yerli musiqiçilərlə bir araya gələcək!Əslən Almaniyadan olan və 2006-cı ildən etibarən Vyana şəhərində fəaliyyətini davam etdirən musiqiçi bir çox məşhur sənətçilərlə birlikdə böyük layihələrə rəhbərlik etmişdir. O, hazırda "mdw Big Band", "Don Ellis Tribute Orchestra", "Markus Gieselhart Orchestra" kimi böyük caz orkestrlərinə rəhbərlik edir. "JIDIR JAZZ" komandası ilə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbir "Beynəlxalq Caz Günü" çərçivəsində Azərbaycanın caz sferasında "Big Band" caz orkestri, improvizasiya və aranjiman kimi fəaliyyət istiqamətlərinə yönəlmişdir. Zəngin caz tarixinə malik Azərbaycan musiqisində Tofiq Quliyev, Tofiq Əhmədov, Rauf Hacıyev, Rafiq Babayev və Vaqif Musatafazadə kimi musiqiçilərin yaratdıqları məktəb və ənənələrə söykənərək, bu gün Azərbaycanda yeni "Big Band" caz orkestri ənənəsinin yenidən canlandırılması üçün imkanlar açılır. Tədbir peşəkar və həvəskar musiqiçilərin, müəllimlərin, müxtəlif incəsənət sahələrinin və musiqi həvəskarlarının maraq dairəsini əhatə edir. Ustad dərslərinə giriş sərbəstdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22811
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14371
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12775
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11301
Helikopterin qalıqları tapılıb
8600
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7902
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6874
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6642
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5120
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4364
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3720
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3517
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
2991
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2770
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1592
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1340
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1324