Azərbaycan telekanalının rəhbərindən efirdə evlilik təklifi - VİDEO

“CBC Sport” telekanalının rəhbəri Volkan Üst keçmiş xanımı, türkiyəli aparıcı Özge Uzuna canlı yayımda yenidən evlilik təklifi edib.

Popstar.az axsam.az-a istinadən xəbər verir ki, 10 illik evliliklərini bitirən cütlük qısa müddət sonra yenidən birlikdə olmaq qərarına gəlib. 

Özge Çağla Şikel və Alişanın “Hər şey dahil” verilişinə qonaq olan zaman Volkan Üst də proqrama qatılıb.

O, hər gecə xanımına dinlətdiyi musiqini studiyada çaldıraraq, “Mənimlə təkrar evlənərsən” deyə soruşub.

Evlilik təklifi qarşısında şok olan Özge “hə” cavabını verib. 

Qeyd edək ki, onların bu evlilikdən iki övladı var.

Popstar.az





  • AÇAR SÖZLƏR
PAYLAŞ