RU

Fərid Qayıbov Olimpiya idman növləri üzrə federasiyalarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, 13-cü dəfə təşkil olunan görüş növbəti dəfə 2024-cü ilin “İdman Paytaxtı” Quba şəhərində keçirib.
Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə nazir Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.
Görüşün gündəliyinə əsasən, yerli və beynəlxalq yarışların yayımı ilə bağlı İdman TV-nin təqdimatı dinlənilib. Həmçinin idman fotoqraflarının fəaliyyəti, gələcək perspektivlər mövzusunda, "Gilavar" foto klubu barədə məlumat verilib. "Fibonaççi Games" şirkətinin kollektiv intellekt təlimi, idmanla məşğulluq, "İdman həftəsi" çərçivəsində paytaxtda və regionlarda keçirilmiş tədbirlər barədə hesabat verilib, idman strategiyası ilə bağlı təqdimat və digər məsələlər barədə danışılıb.
Tədbirdə federasiyaların rəy və təklifləri dinlənilib, onları narahat edən məsələlər birgə müzakirə olunub.
Görüşdə nazirliyin müvafiq şöbələrinin müdirləri, eləcə də regional gənclər və idman idarələrinin rəisləri də iştirak ediblər.
Qeyd edək ki, görüşdə AGİN-in idman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
135
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23519
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
20599
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16946
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14601
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11488
Helikopterin qalıqları tapılıb
10157
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7380
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6716
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5589
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5414
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4221
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4217
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3692
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
3331
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2967
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2193
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2108
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1883