RU

MDU-da Elm Günü ilə əlaqədar dəyirmi masa keçirilib

2024-cü ilin 27 martında Mingəçevir Dövlət Universitetində (MDU) Elm Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Görüşdə MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, professor-müəllimlər iştirak edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə universitetdən xəbər verilib.

 

Bildirilib ki, giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov bildirib ki, hər il mart ayının 27-i  bütövlükdə Azərbaycanda elm ictimaiyyətinin bayramı kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir. Elmə olan xüsusi diqqət eyni zamanda tələbə gənclərin təhsilinə, karyera inkişafına, elmi fəaliyyətinə də təsir göstərməkdədir.  V.Əyyubov son dövrlərdə gənclərin hərtərəfli inkişafı, eləcə də onların tədqiqat bacarıqlarının artırılması məqsədilə universitetdə yaradılan imkanlardan danışaraq,  müasirləşən MDU-da gənc müəllimlərin, tədqiqatçıların, tələbələrin elmi potensialının inkişafına hər cür şərait yaradıldığını vurğulayıb və bu istiqamətdə gənclərə dəstək göstərən MDU-nun akademik heyət üzvlərinə təşəkkürünü bildirib, hər kəsə uğurlar arzulayıb.

 

Sonra, Təhsil fakültəsinin dekanı Nizami Zeynalov öz çıxışında Elm Günü münasibətilə MDU-nun kollektivini təbrik edib, onların elmi fəaliyyətlərində bol nailiyyətlər arzulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2024-cü il tarixdəki Andiçmə mərasimində irəli sürdüyü çağırışlar MDU kollektivinin, alimlərimizin qarşısında daha mühüm vəzifələr qoyur. Ona görə də Azərbaycan alimləri müstəqil dövlətimizin inkişafına xidmət etməklə daha böyük elmi hədəflərə doğru inamla addımlamalıdır.

 

Çıxışının davamında Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirildiyini deyən N.Zeynalov MDU-nun Təhsil fakültəsinin 2023-cü ildəki elmi fəaliyyəti haqqında ətraflı məlumat verib.

 

Daha sonra dəyirmi masa müzakirələrlə davam edib. MDU-da elmi potensialın inkişaf etdirilməsi istiqamətində müxtəlif təkliflər irəli sürülüb, fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
128
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
8085
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7100
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1206
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1199
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1171
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1150
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
679
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
471
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
335
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
334
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
317
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
306
Arda Gülər dayanmır, yenə fərqləndi -
237
Arda dubl etdi - VİDEO
226
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
210
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
165
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
164
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
156
“Mançester Siti” İngiltərə çempionu olub
148