RU

Ermənistan “mühacir Qarabağ hökumətini” tanımır – Paşinyan

Ermənistan heç bir mühacir dırnaqarası “Dağlıq Qarabağ” “hökumətini” tanımır.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib.

“Mən çox aydın şəkildə bildirmək istəyirəm ki, Ermənistanda hökumət var və bu hökumət bu salonda oturur”, – deyə Nikol Paşinyan qeyd edib.

Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdid edir. Vurğulayıb ki, Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkətlər edir, mühacirətdə hökumət elan edir və s. addımlar atırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
103
50
Источники
Комментарий ()
Закрывать